Seçki avtobusunun qarşısını kəsib qadınları döymək istədilər - Video

secki-avtobusunun-qarsisini-kesib-qadinlari-doymek-istediler
Oxunma sayı: 4454

Türkiyənin İstanbul şəhərində seçki işləri aparan AK Partiyadan Beyoğlu bələdiyyə başqanı Heydər Əli Yıldızın da olduğu avtobusun önü bir qrup şəxs tərəfindən kəsilib.

“Qafqazinfo” xəbər verir ki, hücumla bağlı Heydər Əli Yıldız sosial media hesabında paylaşım edib.

O, seçkidən sonra məhəllə sakinlərinə təşəkkür etmək üçün gəzərkən hücuma məruz qaldıqlarını bildirib:

“Terror təşkilatını simvolizə edən bir qrup avtobusda olanlara hücum etmək istəyib. Əllərində türk bayrağı olan qadınları döymək istəyən şəxslər yaşlı qadını da söyüblər”.

Hücum edənlər barəsində qanuni tədbir görülüb.