Seçki bülletenlərinin DSK-lara paylanılması müddəti bitir

secki-bulletenlerinin-dsk-lara-paylanilmasi-muddeti-bitir
Oxunma sayı: 705

Azərbaycanda fevralın 9-na təyin edilmiş parlament seçkilərində seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi müddəti başa çatır.

“Qafqazinfo” “secki-2020.az” saytına istinadən xəbər verir ki, Azərbaycanda parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlər səsvermə gününə azı 5 gün qalanadək, 2020-ci il fevralın 4-dək dairə seçki komissiyalarına verilməlidir.

Fevralın 4-də, həmçinin hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində müstəsna hallarda seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması prosesi başa çatır.