“Qafqazinfo” xəbər verir ki, iqtisadçı Türkiyə birjasının qısa müddətli də olsa çöküş yaşayacağını proqnoz edib: “Türk lirəsi dollara nisbətən xeyli dəyər itirəcək, hətta 1 dolar 2,80 lirə ola bilər. Bunun səbəbi isə, AKP-nin cəmiyyəti illərlə "koalisiya" ilə qorxutmasıdır. Səslərin 82%-i sayılıb, AKP təkbaşına hökumət qura bilməyəcək. Qardaş ölkədə yeni dönəm başlayır, ümid edirəm ki, daha çox demokratikləşər. Bunun bizə də xeyri olacaq”.
Bu yazıdan bir neçə saat sonra Türkiyədə təhsil alan jurnalist Hacıbəy Heydərlinin dolların məzənnəsinin qalxdığını yazması iqtisadiyyatçı ekspertin proqnozunu doğruldub: “Türkiyədə seçkinin nəticələri açıqlanan kimi dollar qalxdı. 1 saat əvvəl 2,64 lira olan dollar hazırda 2.78 liradır. Bu həm də böhranın xəbərçisidir”.
Qeyd edək ki, Türkiyə mətbuatı da dolların qiymətinin qalxaraq tarixi zirvəyə çatdığını yazıb. Belə ki, dolların səhər saatlarından etibarən ən yüksək qiyməti 2,8085 lira olub.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər