Seçki günü Təcili Tibbi Yardım gücləndirilmiş rejimdə işləyəcək.
TƏBİB-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, böyük seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları fəaliyyət göstərəcək:
“Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bütün işçiləri iş başında olacaq. Cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də, vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb. Hər bir çağırışa çevik cavab veriləcək”.
Son xəbərlər
Son Xəbərlər