Seçki komissiyasının əməkdaşı intihar etdi

secki-komissiyasinin-emekdasi-intihar-etdi
Oxunma sayı: 635

Bu barədə APA-ya Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib.
Hadisə Gəncənin Nizami rayonu, Gülüstan qəsəbəsi ev 48, mənzil 6 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 33 yaşlı Elnurə Orucova sirkə turşusu içərək özünü öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, E.Orucova Gəncədə yerləşən Dairə Seçki komissiyalarının (DSK) birində çalışıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.