Seçki məntəqələrində vebkameralar quraşdırılır

secki-menteqelerinde-vebkameralar-qurasdirilir
Oxunma sayı: 642

“Qafqazinfo”nun vesti-ru-ya istinadən xəbərinə görə, seçki məntələrində kompyuter və vebkameraların quraşdırılmasına Moskva ətrafınadan başlanılacaq. Avadanlıqların ilk dəsti yanvarın 14-15-də quraşdırılacaq.

Xəbər verilir ki, seçkilərdən birbaşa yayım üçün 200 min vebkamera və 100 min kompyuter lazım olacaq.

Məntəqələrin vebkamera ilə təminatı fevralın 15-də başa çatacaq və bütün məntəqələr üzrə texniki sınaqlar həyata keçiriləcək.

Xatırladaq ki, Rusiyada prezdent seçkiləri bu il martın 4-ə planlaşdırılıb.