“Seçki qutularının ölçüsünü biz müəyyən etmirik”

secki-qutularinin-olcusunu-biz-mueyyen-etmirik
Oxunma sayı: 1130

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında parlament seçkilərində müşahidəçi Cavadzadə Turanın müraciətinə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib. Müşahidəçi 21 saylı Nəsimi seçki dairəsinə müraciət edərək 9 saylı məntəqədə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini istəyib. Müşahidəçi həmçinin seçki qutularının ağzının böyük olmasını irad tutub. MSK arşadırma zamanı qanun pozuntusunun olmadığını müşahidə edib və DSK-nın qərarını qüvvədə saxlayıb.

Qutuların ağzının geniş olması məsələsinə münasibət bildirən MSK sədri Məzahir Pənahov bildirib ki, seçki qutuları beynəlxalq standartlarda buraxılmış qutulardır: “Onun ölçüsünü biz müəyyən etmirik. Şikayət vermişik baxmırlar demək, məncə, təşkil edilmiş məsələdir. Necə yəni, baxmırlar?! MSK-nın qapısı açıq qurumdur. Namizəd də qanunun tələblərini gözləməlidir”.

Günel Türksoy