“Seçki səhər 7-dən sona qədər yayımlanmalıdır”

secki-seher-7-den-sona-qeder-yayimlanmalidir
Oxunma sayı: 2402

“Prezident seçkilərində on mindən çox beynəlxalq müşahidəçi nümayəndə olub. Bu dəfə də həmin dəvətlər hazırlanır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komitəsinin sədri Məzahir Pənahov deyib.

O bildirib ki, müşahidəçilərlə bağlı göstəricilərin əvvəlki illərdən az olmamasına çalışırlar: “Vebkameralarla bağlı işlərə artıq başlanılmalıdır. Bəzən xətlərdə sıradançıxma halları ola bilər, bunu müəyyən edib qarşısını almaq üçün öncədən baxılmalıdır. Seçki prosesi səhər saat 07:00-dan sona qədər yayımlanmalı və diqqətdə saxlanılmalıdır”.

Gülnar Əliyeva