Sentyabr ayının 12-dən etibarən nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri Dairə Seçki Komissiyalarına təqdim edilməlidir.
“Qafqazinfo” xəbər verir ki, namizədin seçki sənədlərini özü və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim edə bilər.
Qeyd edək ki, imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb alınmaması haqqında qərarın qəbul edilməsinə Dairə seçki komissiyası sənədlər qəbul edildikdən sonra 7 gün müddətində qərar verəcək. Seçki sənədlərinin təqdim edilməsi prosesi oktyabrın 2-si saat 18:00- da yekunlaşacaq.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər