Seçkidən bir neçə gün sonra koronavirusa yoluxdu

seckiden-bir-nece-gun-sonra-koronavirusa-yoluxdu
Oxunma sayı: 952

Portuqaliyanın Baş naziri və Sosialist Partiyasının baş katibi Antonio Koştada koronavirus aşkarlanıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Portuqaliyanın dövlət radio və televiziya şirkəti məlumat yayıb. Xəstəliyi simptomsuz keçirən Koşta yeddi gün təcrid olunacaq. 

Qeyd edək ki, bu il yanvarın 30-da keçirilən növbədənkənar parlament seçkilərində Koştanın Sosialist Partiyası qalib gəlib.