Seçkidən sonra ABŞ-ni tərk etmək istəyirlər

seckiden-sonra-abs-ni-terk-etmek-isteyirler
Oxunma sayı: 2075

ABŞ-də çox sayda varlı vətəndaş bir neçə gün sonra baş tutacaq prezident seçkilərindən sonra ölkəni tərk etmək niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı immiqrasiya şirkətlərinə istinadən “CNBC” telekanalı yayıb. 

Telekanalın araşdırmasına əsasən, zəngin amerikalılar ölkədə növbəti prezidentin kim olmasından asılı olmayaraq baş verə biləcək siyasi və sosial iğtişaşlardan ehtiyat edirlər. 

Belə ki, “Arton Capital” şirkətinin sorğusuna görə, amerikalı milyonerlərin 53 faizi seçkidə hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, böyük ehtimalla seçkidən sonra ABŞ-ni tərk edəcək. 

Xatırladaq ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək. Prezident postu uğrunda Demokratlar partiyasından Kamala Harris, Respublikaçılar partiyasından isə Donald Tramp mübarizə aparacaq.