Ombudsman Elmira Süleymanova prezident seçkiləri ilə bağlı seçki məntəqələrində səsvermə prosesini izləyir.
“Qafqazinfo” xəbər verir ki, o, 29 saylı Səbail seçki dairəsinin 7-ci məntəqəsində olub. Süleymanova burada həmçinin səs verib. O, səsvermə prosesi başlayandan bu saata qədər hər hansı pozuntu ilə qarşılaşmadığını qeyd edib. Ombudsman seçki məntəqəsindəki durum, müşahidəçilərin təəssüratı ilə də maraqlanıb:
"Bizim əməkdaşlarımız müstəqil müşahidəçi kimi seçkilərdə iştirak edirlər. Dünəndən müşahidəçilərimiz demək olar ki, bütün rayonlara yollanıblar. Mən düşünürəm ki, seçkilər demokratik, şəffaf keçiriləcək. Yalnız seçicilərdən onu xahiş edirəm ki, səhvə yol verməsinlər. Hələ ki, bir neçə seçki məntəqəsində olmuşuq, indiyə qədər aktivlik müşahidə olunub, yaşlı insanlar belə səsverməyə gəlirlər. Müşahidə apardığımız məntəqədə ilk bir saat ərzində 100-ə yaxın insan səsverməyə gəlib. Sevinirəm ki, başqa ölkələrdən bu qədər müşahidəçi seçkiləri izləyir. Düşünürəm ki, bu, onlar üçün yaxşı şans olacaq ki, ölkəmizdəki demokratik, şəffaf, bərabərhüquqlu seçkiləri izləyə bilsinlər".

Son xəbərlər
Son Xəbərlər