Seçkilərdə 621 nəfər qeydə alındı

seckilerde-621-nefer-qeyde-alindi
Oxunma sayı: 643

Mərkəzi Seçki Komissiyasından AzərTAc-a bildiriblər ki, ümumilikdə 1425 nəfər imza vərəqi götürüb. Onlardan 929 nəfəri imza vərəqələrini qaytarıb.

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə sentyabrın 30-dan başlanıb. 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək seçkiyə Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Sosial Rifah, Demokratik İslahatlar, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Ümid, Vətəndaş Birliyi partiyalarının təmsilçiləri də qatılıblar.