Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkilərində maraqlı hadisə yaşanıb.
“Qafqazinfo”nun xəbərinə görə, dünən hesablanmış səslərin ilkin nəticəsində MHP-dən olan azərbaycanlı siyasətçi İsa Yaşar Tezelin İğdırda qalib gəldiyi bildirilirdi. Hətta, “Müsavat” partiyasının sabiq başqanı İsa Qəmbər, hazırkı başqan Arif Hacılı sosial şəbəkədə bu münasibətlə ona təbrik ünvanlamışdılar.
Lakin bu gün səsvermənin açıqlanmış yekununa görə HDP-dən olan Yaşar Akkuşun 50,09 faiz səslə qələbə qazandığı məlum olub. Belə ki, Tezel 46.68 faiz səslə Akkuşa uduzub.

Yaşar Akkuş
Qeyd edək ki, azərbaycanlıların ən çox məskunlaşdığı Qars şəhərində də HDP-dən olan Ayhan Bilgen 29,54 faiz səslə qalib gəlib.

Ayhan Bilgen
Son xəbərlər
Son Xəbərlər