Seçkilərdə pulsuz efir vaxtı olmayacaq

seckilerde-pulsuz-efir-vaxti-olmayacaq
Oxunma sayı: 647

Bu barədə Gün.Az-a Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov bildirib.

Onun sözlərinə görə, qanunvericilikdə bələdiyyə seçkiləri zamanı seçki dairələrinin yarıdan çoxunda namizədləri qeydə alınmış siyasi partiya və ya seçki blokları üçün pulsuz efir vaxtının ayrılması nəzərdə tutulur:

“Prinsipcə, bələdiyyə seçkilərində namizədlərin təşviqat kampaniyası ölkə miqyasında yox, məhz bələdiyyə seçkisinin keçirildiyi ərazini əhatə etməlidir. Ona görə də, pulsuz efir vaxtının ayrılmamasında elə bir problem yoxdur və namizədlər bələdiyyə ərazisinin seçiciləri ilə görüşlər keçirməli və digər təşviqat vasitələri ilə öz proqramlarını təqdim edə bilərlər”.

O qeyd edib ki, ödənişli efir vaxtının ayrılması ilə bağlı hər hansı televiziya öz təkliflərini bazara çıxarsa, gərək bütün namizədlər üçün eyni şərtlər tətbiq edilsin.

MSK sədr müavini əlavə edib ki, hər hansı regional televiziya şirkəti də bütün regiondakı namizədləri üçün eyni şərait yarada biləcəyi təqdirdə efir vaxtı təklif edə bilər.