“Seçkilərdəki pozuntularla bağlı 300-dən çox məlumat daxil olub”

seckilerdeki-pozuntularla-bagli-300-den-cox-melumat-daxil-olub
Oxunma sayı: 2034

Ermənistan Baş Prokurorluğu ölkədə keçirilən növbədənkənar parlament seçkilərində yol verilən pozuntular barədə 300-dən çox məlumat alıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə qurumun nümayəndəsi Edqar Arsenyan bildirib.

“Müxtəlif kanallarla prokurorluğa seçkilər zamanı pozuntular barədə 319 məlumat daxil olub. Onlardan 150-də cinayət əlamətləri var. 6-sı ilə bağlı cinayət işi başlayıb. 144 iş istintaqa və sənədlərin hazırlanmasına yönləndirilib”, - Arsenyan deyib.