Seçkilərə hazırlıq başladı

Seçkilərə hazırlıq başladı
Oxunma sayı: 298

SİA-nın MSK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq seçki keçiriləcək bələdiyyələrdən 9-nun adı məlumdur. Bunlar Xuluq bələdiyyəsi (51 saylı Qusar seçki dairəsi), Ağbil bələdiyyəsi (53 saylı Quba-Qusar seçki dairəsi), Şəhriyar bələdiyyəsi (64 saylı Sabirabad ikinci seçki dairəsi), Boradigah bələdiyyəsi (71 saylı Masallı kənd seçki dairəsi), Məzrəli bələdiyyəsi (79 saylı İmişli seçki dairəsi), Qızılkənd bələdiyyəsi (80 saylı İmişli-Beyləqan seçki dairəsi), Sarıxanlı bələdiyyəsi (80 saylı İmişli-Beyləqan seçki dairəsi), Şəfəq bələdiyyəsi (81 saylı Beyləqan seçki dairəsi) və Naftalan bələdiyyəsidir (96 saylı Goranboy-Naftalan seçki dairəsi). Seçki keçiriləcək digər bələdiyyələrin adlarının dəqiqləşdirilməsi işləri davam etdirilir.

Xatırladaq ki, 2009-cu il dekabrın 23-də keçirilmiş seçkilər 1718 bələdiyyəni əhatə edib. Seçkilər 108 seçki dairəsində keçirilib. Sonradan 9 bələdiyyə üzrə seçkinin nəticələri etibarsız sayılaraq ləğv edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi