Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün AKP-nin toplantısında İstanbul Böyükşəhər bələdiyyəsinin sədri postuna namizədlərinin yalnız Binəli Yıldırım olduğunu açıqlayıb.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, dövlət başçısı iyunun 23-də baş tutacaq seçkilərə qədər İstanbulu vali Ali Yerlikayanın idarə edəcəyini bəyan edib.
“Bu andan etibarən İstanbul valimiz Ali bəy öz vəzifəsini icra etməyə başladı”, - deyə Ərdoğan söyləyib.
Qeyd edək ki, Ali Yerlikaya İstanbulun 22-ci valisidir. O, 2018-ci ilin oktyabrında bu vəzifəyə gətirilib.
Son xəbərlər
Son Xəbərlər