Seçkilərlə bağlı bir sıra proseslər bu gün başa çatır

Seçkilərlə bağlı bir sıra proseslər bu gün başa çatır
Oxunma sayı: 714

Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərdə “exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi müddəti bu gün başa çatır.

"Qafqazinfo"nun məlumatına görə, Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, akkreditasiya üçün sənədlər səsvermə gününə ən azı 20 gün qalanadək, yəni, 2020-ci il yanvarın 20-dək Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.

Yanvarın 20-də, həmçinin səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi müddəti başa çatır. Hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi müddəti də yanvarın 20-də başa çatır.

Bundan əlavə, qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının ictimailəşdirilməsi prosesi də bu gün başa çatır.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi