Hazırda MSK sədri səlahiyyətlərini icra edən və yenidən üzv seçilən Məzahir Pənahov Milli Məclisdə komissiyanın yeni tərkibinin formalaşdırılması barədə məsələdən danışıb.
“Qafqazinfo” xəbər verir ki, M. Pənahov parlamentdə çıxış edib: “Azərbaycan bütün sahələrdə olduğu kimi seçkilərlə bağlı böyük nailiyyətlər əldə edib. Bu nailiyyətlər dayanıqlı siyasi stabilliklə bağlıdır. Demokratik şəffaf seçkilərin keçirilməsi üçün hüquqi baza yaradılıb.
Bu faktorlar ölkə başçısının özünün təşəbbüsüylə icra strukturları tərəfindən həyata keçirilir. Biz məsuliyyətimizi həmişə olduğu kimi dəqiq başa düşürük. Seçki Məcəlləsinin tələbinə əsasən MSK öz fəaliyyətini qanunvericiliyin tələbi əsasında həyata keçirir”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər