Seçkilərlə bağlı bu prosedurlar bu gün başa çatır

seckilerle-bagli-bu-prosedurlar-bu-gun-basa-catir
Oxunma sayı: 940

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti bu gün başa çatır.

“Qafqazinfo”nun məlumatına görə, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlər səsvermə gününə azı 3 gün qalanadək məntəqə seçki komissiyalarına verilməlidir.

Seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi proseduru da bu gün başa çatır.

Qeyd edək ki, aprelin 11-də prezident seçkiləri keçiriləcək. Respublika üzrə 125 seçki dairəsi, 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir.