Seçkinin ilkin nəticələri bu vaxt açıqlanacaq

seckinin-ilkin-neticeleri-bu-vaxt-aciqlanacaq
Oxunma sayı: 8794

“Seçkinin ilkin nəticələrinin saat 21.00-da açıqlanacağı gözlənilir”.

“Qafqazinfo” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

Xəbəri rus dilində oxuyun: 102-летняя Фатма Саттарова проголосовала на выборах - ФОТО

O qeyd edib ki, seçki məntəqələrinin 50-60 faizindən səsvermə ilə bağlı nəticələr Mərkəzi Seçki Komissiyasının monitorunda öz əksini tapandan sonra ilkin mənzərə aydınlaşacaq.

MSK sədri bu seçkini tarixi seçki adlandırıb və qeyd edib ki, ilk dəfə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan bütün sərhədləri çərçivəsində keçiriləcək.

Gülnar Əliyeva