59 yaşlı türkiyəli müğənni Seda Sayan yeddinci dəfə ailə həyatı qurmağa hazırlaşır.
“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, o, bərabər çalışdığı və özündən 25 yaş kiçik musiqiçi Çağlar Öktendən evlilik təklifi alıb. Müğənni təklifə müsbət cavab verib.
Məlumata görə, bu, 14 Fevral – Sevgililər Günündə Çağlar Öktenin Beyoğlunda verdiyi konsertdən sonra baş verib. O, cibindən təkqaş üzük çıxarıb və Sayana evlilik təklifi edib. Təklif qarşısında şok yaşayan müğənni ona “hə” cavabını verib.

Son xəbərlər
Son Xəbərlər