Səddam Hüseyinin qızı çeviriliş cəhdindən danışdı

seddam-huseyinin-qizi-cevirilis-cehdinden-danisdi
Oxunma sayı: 1161

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, xarici KİV İraqın sabiq lideri Səddam Hüseynin qızı Rağad Səddam Hüseynin ölkədə çevriliş aktı həyata keçirməyi planlaşdırdığına dair məlumat yayıb.

Sözügedən iddialara dərhal reaksiya nümayiş etdirən Rağad Hüseynin vəkili Heytəm əl-Həraş “əl-Qüds əl-Ərəbi” qəzetinə açıqlamasında müvəkkilinin İraqdakı mövcud hökuməti devirmək üçün bəzi yüksək çinli hərbçilərlə əlaqə qurmasına dair iddiaların tamamilə əsassız olduğunu deyib. Vəkil Rağad Səddam Hüseynin ordu tərəfindən dəstəklənən və çox yaxşı mühafizə edilən Bağdad hökumətinə qarşı çevriliş etməsinin qeyri-mümkünlüyünü bildirdiyini ifadə edib.

Əl-Həraşın sözlərinə görə, Rağad Hüseyn siyasətlə məşğul olmadığını və İordaniyada sakit həyat tərzi sürdüyünü açıqlamasında qeyd edib. Sabiq İraq liderinin qızının açıqlamasında sözügedən iddialarla Səddam Hüseyn ailəsinin imicinə xələl gətirmək və İraq xalqını qorxutmaq məqsədi güdüldüyü vurğulanıb.