İraqın keçmiş prezidenti Səddam Hüseynə ölüm hökmü oxuyan hakimlərdən biri – Rauf Rəşid dünyasını dəyişib.
“Qafqazinfo” “Ahaber”ə istinadən xəbər verir ki, o, Süleymaniyə şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.
Xatırladaq ki, S. Hüseyn 1937-ci il aprelin 28-də anadan olub. O, 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilib. S. Hüseyn həmin ilin dekabrın 13-də Tikritdə həbs olunub.
O, İraq məhkəməsinin 2006-cı il noyabr 5-də çıxardığı qərarla ölüm hökmünə məhkum edilib. S.Hüseyn 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən asılaraq edam olunub.
Son xəbərlər
Son Xəbərlər