Səddam Hüseynin köməkçisi öldürüldü

seddam-huseynin-komekcisi-olduruldu
Oxunma sayı: 1303


“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, Tikrit şəhərinin şərqində yerləşən Hemrin dağlarındakı Allas Petrol quyuları yaxınlığında İŞİD ilə İraq ordusu arasında toqquşma baş verib. Səddam Hüseynin keçmiş köməkçisi Duri də məhz həmin döyüş zamanı  həlak oub. Bölgə rəsmisi Raid el-Cuburi ölüm xəbərini təsdiqləyib, tezliklə Durinin fotolarını mediaya verəcəyini bildirib.

Qeyd edək ki, o, Səddam Hüseyn hakimiyyəti dövründə Duri ölkənin ikinci əsas adamı kimi tanınırdı və ABŞ tərəfindən axtarışda idi.