Səddam Hüseynin məzarı dağıdıldı

seddam-huseynin-mezari-dagidildi
Oxunma sayı: 2091


“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, məzar Tikrit şəhəri yaxınlığında "İslam dövləti" (İD) terror qruplaşmasının silahlıları və İraq ordusu arasında baş vermiş döyüşlər zamanı dağıdılıb.

İD Tikrit şəhərini 2014-cü il iyunun 11-də ələ keçirmişdi. Şiə hərbi bölmələrinin nümayəndəsi Yair Nuuma bəyan edib ki, məzar ərazisində xeyli sayda İD silahlıları cəmləşmişdi, onlar məzarı minalamışdılar.

Xatırladaq ki, S.Hüseyn 2006-cı il dekabrın 30-da edam edilib.