“Sədərək” Ticarət Mərkəzində yanğın olub - Video+Yenilənib

sederek-ticaret-merkezinde-yangin-olub
Oxunma sayı: 5865

FHN-in 112 “Qaynar” telefon xəttinə "Sədərək" Ticarət Mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlunat daxil olub.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin peşəkarlığı və operativliyi nəticəsində qısa vaxtda yanğın söndürülüb və mağazakara keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ilkin məlumata əsasən ümumi sahəsi 37 kv.m olan bijuteriya mağazasının lambirdən ibarət tavanı 8 kv.m sahədə və mağazanın qarşısından keçən elektrik kabeli 10 p.m və ticarət mərkəzinin 9-cu və 10-cu sıralar arası dam örtüyünə çəkilmiş üzlük 200 kv.m sahədə yanıb. Mağazalar yanğından mühafizə olunub.

***

“Sədərək” Ticarət Mərkəzində güclü yanğın olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanğına səbəb kimi elektrik naqillərində qısaqapanma olduğu bildirilir.