“Sədərək”də yaralanan şəxs evə buraxıldı - Yenilənib

sederekde-yaralanan-sexs-eve-buraxildi
Oxunma sayı: 2038

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı bir nəfər Kliniki Tibbi Mərkəzə aparılıb. 

TƏBİB-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, hadisə yerinə 5 təcili tibbi yardım briqadası cəlb olunub. 9 nəfərə yerində yardım göstərilib. 

Bir nəfər isə başın travması ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

***

TƏBİB-dən verilən məlumata görə, Sədərək TM-də xəsarət aldığı üçün Kliniki Tibbi Mərkəzə aparılan şəxsə xəstəxanada ambulator yardım göstərilib, evə buraxılıb.