Xəbər verdiyimiz kimi, "Sədərək" ticarət mərkəzinə məxsus şirniyyat anbarında yanğın baş verib.
"Qafqazinfo"nun məlumatına görə, yanğının nədən qaynaqlandığı bilinmir. Artıq anbarın söküntü işlərinə başlanılıb.
Yanğın hələ də davam edir.
***
İlkin məlumatlara görə, yanğın parfümeriya mağazasında başlayıb və şirniyyat anbarına keçib.
***
“Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində məhdudlaşdırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir.
Son xəbərlər
Son Xəbərlər