Sədr bu obyektlərin fəaliyyətindən narazıdır

sedr-bu-obyektlerin-fealiyyetinden-narazidir
Oxunma sayı: 1695

"Ən çox rast gəldiyimiz qanunsuzluq faktlarından biri süd və süd məhsullarının istifadə müddətinin dəyişdirilməsidir".

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında deyib.

Bildirib ki, süd məhsulları ilə yanaşı müxtəlif qənnadı məhsullarının da istehlak müddətinin dəyişdirilməsi faktları yaşanır: "Son bununla bağlı rast gəldiyimiz məqam yeni il öncəsi uşaqlar üçün olan karamellərin vaxtının dəyişdirilməsi olmuşdu. Digər bir hal kimi iaşə obyektlərinin fəaliyyətindən çox narazıyam. Buraya daxildir şadlıq evləri, kafelər, restoran. Sadaladığım obyektlər vətəndaşların sıx istifadə etdiyi məkanlardır və məsuliyyətlərini başa düşməlidir".