Sədr müavinindən Razi Nurullayev ittihamına- - Münasibət

sedr-muavininden-razi-nurullayev-ittihamina-
Oxunma sayı: 1018


“Qafqazinfo” xəbər verir ki, Nurəddin Məmmədli keçmiş partiya yoldaşının istefasına təəssüfləndiyini sosial şəbəkədə qeyd edib:

”Etiraf edim ki, Razi bəyin AXCP-dən istefasını təəssüf hissi ilə qarşıladım. Hərçənd hər bir insanın öz yolunu özü seçməsi haqqına da hörmətlə yanaşıram. Lakin uzun illər eyni əqidəni paylaşdığın insanları tərk edərkən, kəsdiyin duz-çörəyə, paylaşdığın məhrumiyyətlərə hörmətlə yanaşmaq ən insani keyfiyyətlərdəndir. Razi bəy, mən də uzun illər üzvü olduğum partiyanı tərk etmişəm. Təbii ki, mənim də transferim narazılıqdan qaynaqlanıb. 

Lakin bircə dəfə belə, keçmiş partiyam haqqında aşağılayıcı, tənqidi fikir söləməmişəm. Hərçənd haqqımda layiq olmadığım təhqirləri deyənlər də olub. Əksinə, həmişə ADP-də keçirdiyim 12 ilimin hər dəqiqəsi ilə qürur duyduğumu söyləmişəm və bu gün də düz yolda olduğuma zərrəcə şübhəm yoxdur. Təşkilatda olduğunuz müddətdə partiyanın lideri və onun komandası haqqında bu gün dediyiniz fikirlərin heç olmasa birisini demiş olsaydınız, sizə haqq qazandırar və bu sətirləri yazmazdım. Ayrılmaq haqqınızdır, lakin uzun illər bizimlə çiyindaş olmuş insandan nələrisə tələb etmək də bizim haqqımızdır”.