Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunacaq

sefa-mirzeyev-ii-fexri-xiyabanda-defn-olunacaq
Oxunma sayı: 5186

Ötən gün vəfat edən Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyevin dəfn olunacağı yer açıqlanıb.  

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, mərhumun yas mərasimi Heydər məscidində keçiriləcək.

S.Mirzəyev bu gün saat 3-də İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, S. Mirzəyev 1996-cı ildən 2022-ci il may ayına kimi Milli Məclis Aparatının rəhbəri işləyib. O, uzunsürən xəstəlikdən sonra iyulun 22-də 72 yaşında dünyasını dəyişib.