“Şəfəq-Asiman” yatağında ilk qaz-kondensat ehtiyatları aşkarlandı

sefeq-asiman-yataginda-ilk-qaz-kondensat-ehtiyatlari-askarlandi
Oxunma sayı: 1671

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” blokunda qazılan kəşfiyyat quyusunda 7189 metr dərinlikdə kompleks tədqiqat işləri aparılıb və ilk qaz-kondensat ehtiyatları aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, bununla da yataqda Fasilə layının qazılması uğurla tamamlanıb:

“Eyni zamanda, yatağın ehtiyatlarını tam şəkildə müəyyən etmək məqsədilə strukturun tağı istiqamətində əlavə bir qiymətləndirici yan lülənin qazılması üçün müvafiq texniki layihələndirmə aparılacaq".