“Səfər Əbiyev telefonumu götürmür...”- - Eldar Sabiroğlu

sefer-ebiyev-telefonumu-goturmur-
Oxunma sayı: 3368


“Qafqazinfo” xəbər verir ki, E. Sabiroğlu müsahibəsində sabiq Müdafiə naziri Səfər Əbiyevlə son zamanlar əlaqələrinin səngidiyini deyib:

“Əvvəllər əlaqələrimiz olurdu. Hal-əhval tuturduq. İndi məndə olan telefonunu götürmür. Ona görə də əlaqə yarada bilmirəm.

O, qarşıdan gələn parlament seçkiləri ilə bağlı sualı da cavablandırıb:

“Deputat seçilməyimi istəməyən şəxslər var. O cümlədən parlament seçkilərində iştirak etməyə o qədər də can atmıram. Dərk edirəm ki, ciddi maneələr qarşısında qala bilərəm. Özümü yorub narahat olmaq istəmirəm”.