Səfər matçına maska ilə getdilər - Fotolar

sefer-matcina-maska-ile-getdiler
Oxunma sayı: 2301

"Ludoqorets" Avropa Liqasının 1/16 finalında "İnter"lə cavab oyunu üçün Milana gedib.

"Qafqazinfo" xəbər verir ki, Bolqarıstan klubunun oyunçuları İtaliyada koronavirus yayıldığı üçün ehtiyat tədbirləri olaraq maskalar və əlcəklərdən istifadə ediblər.

Qeyd edək ki, sabah keçiriləcək qarşılaşma koronavirus səbəbindən azarkeşsiz oynanılacaq.