Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının növbəti sessiyasında iştirak etmək üçün Brüssel şəhərində səfərdə olan Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev iyunun 29-da ikitərəfli görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə direktoru Ernani Checcucci ilə görüşdə Azərbaycan gömrük əməkdaşlarının potensialının artırılması, ixtisaslı kadrların hazırlanması istiqamətində görülən işlərdən, eyni zamanda, ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətindən bəhs olunub.

ÜGT ilə Azərbaycan gömrüyü arasında uzunmüddətli səmərəli əlaqələrin qurulduğunu qeyd edən Səfər Mehdiyev müxtəlif sahələrdə qarşılıqlı işgüzar münasibətlərin, xüsusilə də kadr potensialının gücləndirilməsilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanıldığını deyib, gələcəkdə bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Son xəbərlər
Son Xəbərlər