Bu gün Brüsseldə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş qərargahında Gömrük Əməkdaşlığı Şurasının növbəti 133/134-cü sessiyaları başlayıb.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə ölkəmizi Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
ÜGT-nin ən ali qurumu olan Şuranın hər il keçirilən sessiyalarında qurumun fəaliyyəti və gələcək hədəfləri barədə yekun qərarlar qəbul edilir, növbəti il üçün strateji plan təsdiq olunur. Həmçinin sessiyalar zamanı təşkilatın mühüm vəzifələrinə, Şura sədri və sədr müavini, Siyasi Komissiyanın üzvləri, Maliyyə Komitəsinə üzvlər və digər vəzifələrə seçkilər keçirilir.
.jpg)
Sessiyanın ilk iş günündə tədbirin gündəliyi qəbul edilərək əvvəlki Sessiyaların protokolları təsdiq olunub, Şura sədri və Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya tərəfindən qurumun fəaliyyəti barədə hesabatlar dinlənilib.
Hesabatların ardınca Ümumdünya Gömrük Təşkilatının Nəzarət və Asanlaşdırma Direktorluğunun rəhbəri vəzifəsinə namizədlərin təqdimatları dinlənilib, daha sonra isə nümayəndə heyəti rəhbərlərinin görüşü keçirilib.
Tədbir iyunun 29-dək davam edəcək.
Son xəbərlər
Son Xəbərlər