Mayın 29-da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin rəisi Vaxtanq Laşkaradze ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, Səfər Mehdiyev Azərbaycan-Gürcüstan münasibətlərinə toxunaraq ildən-ilə bu münasibətlərin dərinləşdiyini və regionda həyata keçirilən birgə layihələrin bunun bariz nümunəsi olduğunu vurğulayıb. DGK sədri bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, gömrük sferasında da qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir.
Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin rəisi Vaxtanq Laşkaradze iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb.
***
Mayın 29-da Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Ukrayna Dövlət Fiskal Xidmətinin sədrinin vəzifələrini icra edən Aleksandr Vlasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb.
Görüşdə, iki ölkənin gömrük xidmətlərinin blokçeyn texnologiyalarının tətbiqi sahəsində pilot layihə hazırlayaraq GUAM çərçivəsində reallaşdırılması barədə razılıq da əldə olunub.
Ukraynanın Azərbaycanla bütün sahələrdə, o cümlədən, gömrük işində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən Aleksandr Vlasov Azərbaycan Gömrük Xidmətilə təcrübə mübadiləsinin ümumi işə fayda verdiyini vurğulayıb.


Son xəbərlər
Son Xəbərlər