Səfər Mehdiyev könüllülərlə görüşdü

sefer-mehdiyev-konullulerle-gorusdu
Oxunma sayı: 1255

Oktyabrın 26-da Dövlət Gömrük Komitəsində fəaliyyət göstərəcək növbəti "Könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüş keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitənin aidiyyəti strukturlarının nümayəndələri və "Könüllü gömrükçü" dəstəsinin 118 üzvü iştirak edib.

Səfər Mehdiyev çıxışında vurğulayıb ki, sıralarında minlərlə gənci birləşdirən könüllülərin ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli konfranslarda, mədəni-kütləvi tədbirlərdə, idman yarışlarındakı səmərəli və uğurlu fəaliyyəti onlara göstərilən yüksək dəstək, qayğı və etimadın   nəticəsi kimi qiymətləndirilməlidir. O, artıq könüllü gömrükçü dəstəsinin ilk üzvlərinin fəaliyyətini uğurla başa vuraraq sertifikatlarla təmin olunduğunu, yeni üzvlərin də bilik və bacarıqlarının artırılması, potensialının üzə çıxarılması istiqamətində bütün zəruri addımların atılacağını, lazımi dəstəyin göstəriləcəyini bildirib və onlara uğurlar arzulayıb.