Səfər Mehdiyev Navid Həsən Naqvi ilə görüşdü

Səfər Mehdiyev Navid Həsən Naqvi ilə görüşdü
Oxunma sayı: 622

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Dünya Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, komitə sədri Dünya Bankı ilə Azərbaycan gömrük orqanları arasında uzunmüddətli, səmərəli əlaqələrdən məmnunluqla bəhs edib və bu əməkdaşlığın gömrük xidmətinin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayan Komitə sədri Dünya Bankının "Doing Business 2020" hesabatına əsasən, Azərbaycanın dünyanın 20 ən islahatçı ölkəsindən biri kimi elan olunmasını həyata keçirilən islahatların nəticəsi kimi dəyərləndirib. Hesabatda sərhəddə ticarət indikatoru üzrə bu il Azərbaycanın bir pillə irəlilədiyini qeyd edən Səfər Mehdiyev bu mövqenin daha da möhkəmləndirilməsi üçün gələcək hədəflərdən danışıb.

Daha sonra qarşılıqlı maraq doğuran bəzi məsələlər barəsində fikir mübadiləsi aparılıb.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi