Səfər Mehdiyev səfirlə görüşdü - Fotolar

Səfər Mehdiyev səfirlə görüşdü
Oxunma sayı: 779

Dekabrın 11-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qətərin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, səfiri yeni təyinatı münasibətilə təbrik edən DGK sədri Səfər Mehdiyev Azərbaycan və Qətər arasında əməkdaşlıqdan bəhs edib, iki ölkənin dövlət başçılarının dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Səfər Mehdiyev Azərbaycan ilə Qətər arasında ticarət dövriyyəsinin inkişaf etdiyini, lakin hər iki dövlətin idxal-ixrac əməliyyatlarının həcminin artırılması ilə bağlı daha böyük imkana malik olduğunu bildirib və bu imkanlardan maksimum yaralanmağın vacibliyini diqqətə çatdırıb.

DGK sədri gələcəkdə imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikasının Hökuməti ilə Qətər Dövlətinin Hökuməti arasında gömrük qanunvericiliyinin optimal tətbiqi və gömrük hüquqpozmalarının aradan qaldırılması, təhqiq edilməsi və onlara qarşı mübarizə aparılmasına dair qarşılıqlı inzibati yardım haqqında Saziş”in iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyini və tərəflərin inteqrasiyasını sürətləndirəcəyini vurğulayıb.

Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Azərbaycanda ticarət-investisiya mühitinin cəlbedici olduğunu və qətərli iş adamlarının bu imkanlardan yararlanmasının vacibliyini diqqətə çatdırıb, eyni zamanda iki ölkənin gömrük orqanları arasındakı əlaqələrin daha da gücləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının zəruriliyini vurğulayıb.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi