Səfər Mehdiyev vətəndaşları qəbul edəcək

Səfər Mehdiyev vətəndaşları qəbul edəcək
Oxunma sayı: 1320

Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Səfər Mehdiyev mayın 27-də saat 11:00-da Qax rayon Heydər Əliyev Mərkəzində (Qax şəhəri, Nəriman Nərimanov küç. 10) Qax və  Şəki rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, qəbul zamanı Qax və Şəki rayonları sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.