Səfər Mehdiyevin bacısı oğlu vəfat etdi

sefer-mehdiyevin-bacisi-oglu-vefat-etdi
Oxunma sayı: 10079

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Səfər Mehdiyevə ağır itki üz verib.

“Qafqazinfo”nun News24.az-a istinadən məlumatına görə, Səfər Mehdiyevin bacısı oğlu, 41 yaşlı gömrük polkovnik-leytenantı Fərman Əliyev ötən gün dünyasını dəyişib. Mərhumun axşam saatlarında ürəktutmadan vəfat etdiyi bildirilir.

O, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Ailəli olan Fərman Əliyevin 3 uşağı var idi.