Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Dövlətçiliyin xilas günü” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
“Qafqazinfo”nun xəbərinə görə, SHXÇDX aparatının idarə rəisi polkovnik-leytenant Füzuli İsmayılov bildirib ki, bugünkü müstəqil Azərbaycanın memarı və qurucusu, ölkəmizin bütün sahələrinin inkişafında misilsiz xidmətlərə imza atmış ulu öndər Heydər Əliyev adı xalqımızın iftixar və qürur mənbəyidir.
SHXÇDX aparatının şöbə rəisi Seymur Şeydayev ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil respublikamızın Prezident İlham Əliyevin reallaşdırdığı uğurlu siyasət nəticəsində dünyada güclü və nüfuzlu dövlətə çevrildiyini ifadə edib.
Daha sonra qaliblərin adları açıqlanıb. Münsiflər heyətinin qərarına əsasən, 1-ci yerə Əliyeva Tofiqə Elşən qızı, 2-ci yerə Maxsudlu Misir Bahadur oğlu, 3-cü yerə isə Qurbanova Elgünə Elşad qızı layiq görülüblər. Qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib.
Müsabiqədə iştirak edən 10 nəfər isə həvəsləndirici mükafatla təltif edilib.
Həmçinin YAP Yasamal Rayon Təşkilatının inzibati binasında müsabiqədə iştirak edən gənclərin əsərlərindən ibarət sərgi təşkil olunub.







Son xəbərlər
Son Xəbərlər