Səfərbərlik Xidmətinin Naxçıvan üzrə baş idarəsinə rəis təyin olunub

seferberlik-xidmetinin-naxcivan-uzre-bas-idaresine-reis-teyin-olunub
Oxunma sayı: 5582

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinə rəis təyin olunub.

“Qafqazinfo” Unikal-a istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimovun müvafiq əmri ilə bu vəzifəyə Elmar Tağıyev təyinat alıb.

O bundan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Katibliyinin rəisi olub.