“Səfərdə 3:0 hesablı qələbə lazımdır” - “Braqa”nın baş məşqçisi

seferde-30-hesabli-qelebe-lazimdir
Oxunma sayı: 3132

“Növbəti həftə bizi cavab qarşılaşmasının gözlədiyini bilirik. Bu, istədiyimiz nəticə deyil. Bizim üçün çox ağır məğlubiyyətdir. Səfərdə 3:0 hesablı qələbə lazımdır. Çox çətindir. Üzərimizə böyük məsuliyyət düşür”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Braqa”nın baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsində meydanda “Qarabağ”a 2:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

“İzahı çox çətin olan bir məğlubiyyət aldıq. Düşünürəm ki, bu anda ruhdan düşmək olmaz. Yenidən toparlanmalıyıq. Qarşıda hələ cavab matçı var”, - Portuqaliya təmsilçisinin baş məşqçisi deyib.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.