Səfərov Avropa 2-cisi oldu - Bu gün daha 2 cüdoçumuz tatamiyə çıxır

seferov-avropa-2-cisi-oldu
Oxunma sayı: 1039

Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa Çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, dünən tatamiyə çıxan 4 cüdoçumuzdan yalnız biri Orxan Səfərov medal qazanıb.

Finala qədər bütün rəqiblərini sıradan çıxaran Səfərov həlledici görüşdə uduzaraq Avropa ikincisi olub. İlqar Müşkiyev, Tərlan Kərimov və Aişə Qurbanlı isə medalsız qalıblar. Bu gün isə daha 2 cüdoçumuz mübarizəyə qoşulacaq.

Yığmamızın liderlərindən hesab olunan, 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov 1/16 finalda litvalı Kestutis Vitkauskasla üz-üzə gələcək.

81 kq-da Əbdülhaqq Rəsullunun da ilk döyüşü 1/16 finala təsadüf edəcək. Həmyerlimiz Alain Şmittlə (Fransa) qarşılaşacaq.