Səfərov finalda, Şıxəlizadə bürünc üçün tatamiyə çıxacaq

seferov-finalda-sixelizade-burunc-ucun-tatamiye-cixacaq
Oxunma sayı: 7459


“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev adına idman arenasında keçiriləcək yarışda Azərbaycan cüdoçuları da mübarizəyə qoşulacaqlar. Yarışın ilk günündə 8 idmançımız mübarizəyə qoşulacaq. 

60 kq çəki dərəcəsində Orxan Səfərov 1/8 final mərhələsindən mübarizəyə başlayacaq. Eyni çəki dərəcəsində mübarizə aparan İlqar Müşkiyevin rəqibi müəyyənləşməyib. 

66 kq-da Nicat Şixəlizadə 13:00-da xalça üzərində çıxacaq. Onun 1/16 final mərhələsindəki rəqibi türkiyəli Sinan Sandaldır. 

66 kq-da yarışacaq daha bir cüdoçumuz Tərlan Kərimovun 1/16 final mərhələsindəki rəqibi rusiyalı Mixail Pulyayevdir. Bu görüş 13.12-də start götürəcək. 

Qadınların mübarizəsində ilk olaraq 48 kq çəki dərəcəsində meydana Leyla Əliyeva çıxacaq. O, 1/16 final mərhələsində mübarizəyə başlayacaq. Əliyeva burda sloveniyalı Kristina Vrsiçlə üz-üzə gələcək. 

48 kq-da daha bir idmançımız Aişə Qurbanlı da 1/16 finalda mübarizəyə start verəcək. Onun bu mərhələdə rəqibi rusiyalı Kristina Rumyanstevadır. 

52 kq-da Sakina Zayirova 1/16 final mərhələsində israilli Roni Şvartsla üz-üzə gələcək. 

57 kq-da Kifayət Qasımova 1/16 final mərhələsində seriyalı Jovana Roqiçlə qarşılaşacaq.

***

Leyla Əliyeva sloveniyalı Kristina Vrsiçlə üz-üzə gəlib və görüşdən qalib kimi ayrılıb.  

48 kq-da daha bir idmançımız Aişə Qurbanlı rusiyalı Kristina Rumyanstevaya qalib gəlib. 

***

Nicat Şıxəlizadə ilk qarşılaşmasında türkiyəli Sinan Sandalla qarşılaşıb və ippomla qələbə qazanıb.

***

Tərlan Kərimov isə startda rusiyalı Mixail Pulyayevə məğlub olub.

Leyla Əliyeva 1/8 finalda belçikalı Şarlin van Snikə uduzub.

***

Kifayə Qasımova sebriyalı Yovana Roqiçə, Aişə Qurbanlı italiyalı Valentina Moskatta uduzub.

***

İlqar Müşkiyev də ispaniyalı Franssiko Qarriqosa uduzdu.

***

Hazırda cüdoçumuz Orxan Səfərov belaruslu Arif Bağırovla qarşılaşır. Qeyd edək ki, Arif Bağırov əslən azərbaycanlıdır və hazırda Belarusu təmsil edir. Orxan Səfərov qələbə qazanaraq 1/4 final mərhələsinə çıxdı. 

***

Cüdoçumuz Nicat Şıxəlizadə italiyalı Elio Verde ilə qarşılaşır. O, rəqibinə ippon fəndi ilə qalib gəlib və 1/4 finala çıxıb. 

***

Nicat Şixəlizadə ¼ finalda portuqaliyalı Oleiniç Serxiu ilə qarşılaşıb. O, rəqibinə ippon fəndi ilə uduzub. 

Çüdoçumuz Orxan Səfərov isə ¼ finalda isveçrəli Lüdovik Çammartinlə qarşılaşıb. O, qələbə qazanıb, yarımfinala çıxdı.

***

Orxan Səfərov ispaniyalı Fransisko Qarriqosla üz-üzə gəlir. İdmançımız qalib gələrək finala adlayıb. 

Nicat Şıxəlizdə isə təsəlliverici görüşə çıxıb. O, ukraynalı Georgii Zantaraianı məğlub edib, bürünc medal üçün yarışacaq. 

Elsevər