Səfəvilərin tarixi ilə bağlı daha bir kitab çap edildi

sefevilerin-tarixi-ile-bagli-daha-bir-kitab-cap-edildi
Oxunma sayı: 3585

Tədqiqatçı Araz Şəhrilinin (Abbasov) "Səfəvilər: paralellər... ehtimallar... həqiqətlər” kitabı çapdan çıxıb.

“Qafqazinfo” xəbər verir ki, kitab tarixi hadisələrin və tarixi şəxsiyyətlərin talelərinin müəyyən qanunauyğunluqlar əsasında zaman-zaman təkrarlanmasından bəhs edir.

Əsərin ideyasını Avrasiya məkanında yaşamış böyük şəxsiyyətlərin əksəriyyətinin bir nəslə mənsub olması iddiası, ana xəttini isə bu ehtimalın tədqiqi təşkil edir.

Qeyd edək ki, əsərin əsas obrazı Azərbaycan tarixinin şanlı səhifələrindən olan Səfəvilər dövlətinin qurucusu, Şah İsmayıl Xətaidir.